01.01.2017 11:51
2056
2056
"Qarabağ"ın və Azərbaycan milli komandasının kapitanı 35 yaşlı Rəşad Sadıqov daha bir sorğuda ilin futbolçusu seçilib. Belə ki, "Futbol+" qəzetinin ənənəvi sorğusunda 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib. Rəşad Sadıqov ilin ən yaxşı futbolçusu seçilib. O. 5-ci dəfə Azərbaycanın ən yaxşısı olub. Bunadək Rəşad 2004, 2005, 2010, 2013-cü illərdə "Futbol+" sorğusunun qalibi adını qazanıb. Qeyd edək ki, sorğuda 177 nəfər iştirak edib. Xatırladaq ki, Rəşad daha öncə İdman Araşdırmalar Mərkəzinin səsverməsində 2016-cı ilin ən yaxşı futbolçusu seçilib.