1789
Təyyarə qəzasında sağ qalmış Alan Ruşelin hekayəti
Göyərtəsində "Şapekoense"nin də futbolçularının olduğ Avro RJ85 təyyarəsi Santa-Krus-de-la-Syerra- Medelin marşrutu üzrə uçurdu. Komandanı Cənubi Amerika Kubokunda Kolumbiyanın "Atletiko Nasonal"la görüş gözləyirdi. Onlar bu təyyarə ilə ilk dəfə yola çıxmırdılar. Bu təyyarə və onun heyəti onları noyabrın əvvəlində Argentinaya da aparmışdı.
Həmin gün onlar təyyarədə deyib-gülürdülər. Birdən təyyarədə işıqlar söndü. 27 yaşlı Alan Ruşel nə üçünsə təyyarənin arxa hissəsində, jurnalistlərin oturduğu yerdə peyda oldu. Bundan bir dəqiqə öncə təyyarə düşməyə başlayanda "Şapekonse"nin direktoru Kadu Qauşo ondan salonun ön hissəsinə komandanın uşaqlarının yanına gəlməsini xahiş etdi: "Əvvəlcə mən ora keçmək istəmədim,- Ruşel mətbuat mərkəzində belə xatırlayırdı - sonra Jakson Follmannanı gördüm (O da sağ qalıb sonradan ayağı amputasiya olunub, onunla 2007-ci ildən tanışam) O, yanında oturmağımı təkid etdi və mən onun sözünü yerə salmasım. Yalnız Allah bilir ki fəlakətdən mən necə qurtuldum. O, mənə ikinci həyat verdi".
Qeyd edək ki, o mətbuat konfransında bu sözləri də deyib: " Təyyarənin düşdüyü anda Tanrı məni qorudu. O an dedim ki, hələ görəcək çox işim var. Həyatımda iki möcüzə var. Birincisi, burdayam və yaşayıram. İkincisi, yeriyə bilirəm. Həkimlər demişdi ki, ayağımda çox ciddi zədə var. Amma buradayan və yeriyirəm. Bu yalnız Tanrının möcüzəsidi".
Sonradan baş verənlər Alan Ruşelin yaddaşından silinib: "Sonradan nə baş verdiyini mənə izah edəndə elə bildim ki, bu, qorxulu yuxudur. Yavaş-yavaş mənə nə baş verdiyini danışanda nələr olduğunu anlamağa başladım. Mən hadisə barədə danışmamağa çalışıram və bununla bağlı suallardan qaçıram. Qəzanın səbəbini də bilmirəm. Amma mənə elə gəlir ki, bu hadisə pilotun səhlənkarlarığı nəticəsində baş verib. Boliviyanın LaMia kompaniyasının pilotu onda ittiham olunur ki, o, kifayət qədər yanacaq olmadan reysə çıxıb. Boliviya hakimiyyəti LaMia kompaniyasının lisenziyasını geri götürüb və rəhbərliyin bütün heyətini dəyişib. Bu da ona görə edilib ki, onlar istintaqın şəffaf keçiriləməsinə mane ola bilməsinlər".
Bir fəqərəsindən, əl, ayaq və başından zədə Alan hospitala yerləşdirilib. O, qəzadan sağ qalmış altı nəfərdən biri idi. Bütün bu müddətdə o özündə olub və yaxınlarını bu hadisə ilə yaşantılarının şahidi olub. Xilasedicilər Alanın itmiş nişan üzüyü də tapıblar. Üzük qəza zamanı onun barmağından düşübmüş.
"Şapekonse"nin sol kənar müdafiəçisinin onurğa sütununda əməliyyat uğurla aparılıb. Reabilitasiya dövrü başlanıb. Ötən həftə Ruşel hospitalı tərk edib. O, Kolumbiyaya qayıtmaq və onu müalicə etmiş həkimlərə yalnız Cənubi Braziliyda hazırlanan yeməyə (yağlı barbekə) qonaq etmək istəyir. O həmçinin təyyarə qəzasında dünyalarını dəyişmiş hər bir həmkarının ailəsinə baş çəkmək niyyətindədir.
Ruşel dostu Andress D/Alessandronun təşkil etdiyi yoldaşlıq matçına da qatılıb. Matçda topa ilk zərbəni Ruşel vurub və bütün iştirakçıları qucaqlayıb (Həmin matçın vəsaiti həlak olanların ailələrinin hesablarına köçürülüb). Futbolçu karyerasını davam etdirmək onun yaxın planlarına daxildir. Alan intensiv fizioterapiya qəbul edir və yəqin ki, 6 aydan sonra meydana qayıda biləcək.
Bu günlərdə Alan "İnternasonal"la müqaviləsinin müddətini 2018-cu il dekabrın 31-dək müqaviləsi uzadıb, "Şapekoense"də isə icarə müqaviləsi əsasında 2017-cü ilin mayına qədərdir.