01.01.2017 16:05
1875
1875
“Zirə” dövrələrarsı fasilədə ilk transferini reallaşdırıb. Komanda müdafiə xəttini gücləndirmək məqsədi ilə Sadiq Quliyevlə müqavilə imzalayıb. Anlaşmaya əsasən, Sadiq cari mövsümün sonuna qədər “Zirə”nin formasını geyəcək. Sadiq Quliyev ötən mövsüm də bu komandanın heyətində çıxış edib. Daha sonra müqavilə ilə məxsus olduğu “Qəbələ”yə dönən gənc müdafiəçi bu dəfə azad transfer kimi “qartallar”ın sıralarına qoşulub.