şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Ançelottinin köməkçisi "Suonsi"nin sükanı arxasında olacaq

01.01.2017 16:23 Oxundu 1997

"Bavariya"nın baş məşqçisinin köməkçisi, 44 yaşlı Pol Klement "Suonsi Siti"nin sükanı arxasına keçəcək. Məlumata görə, İngiltərə Kubokunun 1/32 final mərhələsində "Hull City" ilə görüşə komandanı Pol Klement çıxara bilər. Bu oyun yanvarın 7-də baş tutacaq. Yanvarın 3-də keçiriləcək "Kristal Palas"a qarşı oyunu isə Kelement tribunadan izləyəcək.

Komandanın əvvəlki çalışdırıcısı amerikalı mütəxəssis Bob Bredli bu komandada üç ay çalışdıqdan sonra istefaya göndərilib. 19 matç keçirən komanda hazırda turnir cədvəlinin sonuncu pilləsindədir.