02.01.2017 09:07
1967
1967
"Real" Madridin futbolçusu Kriştianu Ronaldo "Marca"ya verdiyi açıqlamasında 6 yaşlı oğlu Kristianinyonun gələcəkdə hücumçu olmasını istədiyini bildirib: "İstədiyi istiqaməti seçə bilər, ona təzyiq göstərməyəcəyəm. Ola bilsin, onu müəyyən qədər futbol tərəfə döndərim. Futbolda qapıçı yox, hücumçu olmasını istərdim".
O həmçinin qeyd edib ki, bəzən oğluma deyirlər ki, guya onun atasından daha güclü futbolçu var: "Amma oğlum bunu deyənlərin öhdəsindən necə gəlməyi bilir. O, mənim kimi ağıllıdır".
Qeyd edək ki, oğlu atası kimi 7 nömrəli formanı geyinir. Məlumat üçün bildirək ki, Kristianinyonun ilk addım atdığı klub "Real Madrid" deyil. O, İspaniyada "Pozuelo" adlı kiçik bir klubda çalışır.