02.01.2017 11:31
1959
1959
Londonun "Çelsi" komandasının hücumçusu Dieqo Kosta etiraf edib ki, hazırda çalışdığı klubda hər şey onu qane edir. Odur ki, o bu klubu tərk etmək niyyətində deyil: "Mən "Atletiko"ya qayıtmaq istərdim, axı ailəm Madriddə yaşayır. Amma "Çelsidə" xoşbəxtəm, burada fanatlarım məni sevirlər. Baş məşqçi də mənə inanır. Odur ki, buradan getmək istəmirəm".
Qeyd edək ki, Dieqo Kosta İngiltərə Premyer Liqasının ən yaxşı bombardiridir. O, 18 oyunda 14 qol vurub.