şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Aksel Vitsel: "Bu çətin seçim idi"

02.01.2017 12:00 Oxundu 1842

"Zenit"in belçikalı yarımmüdafiəçisi Aksel Vitsel "Yuventus"a yox, Çinin "Tyanszin Syuantzyan" ("Tianjin Quanjian" )keçmək qərarını şərh edib. İlkin məlumatlarda deyilirdi ki, Aksel məşqçi Fabio Kannavaronun çalışdırdığı klubla üç illik müqavilə bağlayıb. Amma İtaliya mətbuatının yazdığına görə Çində Vitselə dördillik müqavilə təklif olunub. O, hər il 18 milyon avro qazanacaq: "Bu, çətin seçim idi, ona görə ki, bir tərəfdən, "Yuventus" kimi top-komanda, digər tərəfdən ailəmin təklifi. Mən bundan imtina edə bilmədim. "Yuventus" rəhbərliyi mənə qarşı həmişə centlemen kimi davranıb. Buna görə onlara təşəkkür edirəm. Mən həmişə onları dəstəkləyəcəyəm. Amma kim bilir, ola bilsin ki gələcəkdə bizim yollar kəsişsin".