2366
Lüksemburqda keçirilən “Novotel Cup 2017” turnirinə yekun vurulub. Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 4 komandanın qatıldığı turniri 3-cü pillədə başa vurub. Fərid Cəlalovunun yetirmələri İslandiya yığması ilə ilk qarşılaşmada 3:1 hesablı qələbə qazansa da, uğurunun davamını gətirə bilməyib. Yığmamız II turda meydan sahibləri, son matçda isə Almaniyaya tay-brekdə uduzub.Lüksemburqla matçda iki dəfə hesabı bərabərləşdirmək də, məğlubiyyətdən qaçmağa yetərli olmayıb – 2:3. Yarışa ikinci heyətlə qatılan Bundestimlə matçda isə komandamız iki dəfə önə keçsə də, 1 xalla kifayətlənib – 2:3 Nəticədə 5 xal toplayan yığmamız Lüksemburqdan 2, Almaniyadan 1 xal geri qalıb.Qeyd edək ki, sonuncu olan İslandiya xal qazana bilməyib.