şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

UEFA bombardirlərin adlarını açıqladı

02.01.2017 14:05 Oxundu 2112

UEFA 2016-ci ildə Avropada klub səviyyəli turnirlərdə ən çox qol vuran futbolçuların siyahısını tərtib edib. Siyahının ilk pilləsində "Barselona"nın hücumçusu Lionel Messi qərarlaşıb. O, 49 oyunda 50 qol vurub. Luis Suares ("Barselona) ikinci, Zlatan İbrahimoviç (PSJ) üçüncü olub.

Avropada klub səviyyəli turnirlərdə ən çox qol vuran 11 futbolçu adlarını təqdim edirik:

1. Lionel Messi ("Barselona") - 49 oyunda 50 qol
2. Luis Suares ("Barselona") - 48 oyunda 47 qol
3. Zlatan İbrahimoviç (PSJ/"Mançester Yunayted") - 50 oyunda 47 qol
4. Robert Levandovski ("Bavariya") - 48 oyunda 39 qol
5. Kriştiano Ronaldo ("Real") - 42 oyunda 38 qol
6. Edinson Kavani (PSJ) - 48 oyunda 36 qol
7. Serxio Aquero ("Mançester Siti") - 44 oyunda 35 qol
8. Qonzalo İquain ("Napoli"/"Yuventus") - 43 oyunda 33 qol
9. Pyer-Emerik-Obameyanq ("Borussiya") - 43 oyunda 32 qol
10. Fedor Smolov ("Krasnodar") - 33 oyunda 29 qol
11. Aleksandr Lakazette ("Lion") - 39 oyunda 29 qol