02.01.2017 14:29
1906
1906
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola acı bir etiraf edib. O deyib: "Mən "şəhərlilər"in istədiyim kimi nə vaxt oynayacaqlarını deyə bilmərəm". Qeyd edək son turda onun komandası "Liverpul"a məğlub olub - 1:0. O həmçinin bildirib: "Bir ildən çoxdur ki, Yurgen Klopp "Liverpul"da çalışır. Mən isə cəmi altı aydır. Bizə daha yaxşı oyun göstərmək üçün vaxt lazımdır. Ümidvaram ki, buna nail olacağıq".