02.01.2017 14:39
1921
1921
"Deportivo"nun yarımmüdafiəçisi Rayan Babel "Beşiktaş"da karyerasını davam etdirəcək. Bu gün futbolçu Türkiyə klubunda tibbi müayinədən uğurla keçib. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, hollandiyalı İspaniya çempionatında 11 görüş keçirib və dörd qol vurub. Həmçinin onun aktivində bir məhsuldar ötürmə var.