2195
Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan Azərbaycan təmsilçisi “Azərreyl”in ikinci turdakı oyununun hakim təyinatları açıqlanıb. Komandamızın yanvarın 11-də Türkiyənin “Fənərbaxça” klubu ilə keçirəcəyi səfər qarşılaşmasının baş hakimi bolqarıstanlı İvaylo İvanov olacaq. Ona italiyalı Simone Santi kömək edəcək.
“Fənərbaxça-Azərreyl” matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan Azərbaycanın “Telekom” klubunun ikinci turdakı oyununa hakim təyinatları açıqlanıb. Polşanın “Xemik” klubu ilə yanvarın 10-da keçiriləcək qarşılaşmanı lixtenşteynli hakim Filip Şurmann idarə edəcək. Ona rumıniyalı Pol Katalin Sabo-Aleksi köməkçi təyin olunub.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində oynanılacaq “Telekom”-“Xemik” matçı saat 17:00-da başlayacaq.