şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Qollarının sayını 153-ə çatdırdı

03.01.2017 08:01 Oxundu 1604

"Mançester Siti"nin hücumçusu Serxio Aquero İngiltərə Premyer Liqasının XX turunda "Bernli" ilə oyunda fərqlənməklə klubda 153-cü qolunu vurub. 28 yaşlı argentinalı oyunçu bununla "şəhərlilər"in tarixində ən çox qol vuran futbolçuların ilk üçlüyünə daxil olub.

Qeyd edək ki, klub tarixinin ən yaxşı bombardiri Erik Brukdur. O, 177 dəfə mavi formada rəqib qapıçıları məyus edib. İkinci isə Tommi Consondur ki, rəqiblərin qapısından 166 dəfə qol keçirib.

Aquero bu mövsümdə keçirdiyi 14 oyunda 11 qol vurub.