şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Qvardiola: "Karyeramı yekunlaşdırmağa doğru gedirəm"

03.01.2017 08:13 Oxundu 1736

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola karyerasını başa çatdırmağa hazırlaşır. Bu barədə ispan mütəxəssis özü NBS Sorts-a məlumat verib. O, bildirib ki, 60 yaşına kimi işləmək fikrində deyil: "Mançester Siti"də bundan sonra uzağı 3 il, bəlkə də bir az daha çox işləyəcəm. Məşqçilik fəaliyyətimin başa çatdırmağa yaxınlaşıram. Mən buna əminəm. Mən baş məşqçi kimi 60-65 yaşda meydana heyət çıxarmayacağam. Mənə elə gəlir ki, artıq karyeramı yekunlaşdırmağa doğru gedirəm".