şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

“Sumqayıt” əvəzedici komandanın 3 futbolçusunu əsas heyətə cəlb edib

03.01.2017 20:25 Oxundu 2170

“Sumqayıt” Futbol Klubu 13 günlük istirahəti başa vuraraq Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığa start verib. Komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altına 2017-ci ildə Sumqayıtda ilk məşqini keçirib. “Sumqayıt” FK ilk məşq günündə dənizkənarında qaçışla kifayətlənib. Qeyd edək ki, komandanın üzvü Süleyman Əhmədov U-19 millisinin heyətində yer aldığı üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq. Bundan başqa, baş məşqçi əvəzedici komandanın 3 futbolçusu - Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını əsas heyətə cəlb edib. “Sumqayıt” FK-nın növbəti məşqi də sabah saat 11:00-da Sumqayıtda olacaq.