03.01.2017 21:09
1935
1935
"Tottenhem"in çalışdırıcısı Maurisio Poçettino İngiltərə çempionatının 20-ci turunun mərkəzi oyunu (“Tottenhem” - “Çelsi”) ərəfəsində öz fikirlərini bildirib: "Çelsi" əla oyun nümayiş etdirir. Biz də artıq formadayıq. Ümid edirik ki, öz meydanımızda müsbət nəticəyə nail olacağıq. Rəqibimiz hazırda 49 xalla turnir cədvəlinin ilk pilləsindədir. Bizim isə 39 xalımız var və 4-cü pillədəyik. Bu oyunda fərqi azaltmağa çalışacağıq. Çərşənbə günü (oyun sabah keçiriləcək) bitərəf komandaların hamısı bizə azarkeşlik edəcəklər. Çoxu istəyir ki, biz "Çelsi"ni dayandıraq".
Məlumat üçün bildirək ki, "Çelsi" bu mövsümdə ardıcıl 13 qələbə qazanıb.