şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Ramilə sonuncu dəfə şans verilib

03.01.2017 21:30 Oxundu 1761

Türkiyənin "Trabzonspor" klubu Antalya şəhərində superliqanın II dövrəsinin hazırlıqlarına start verib. Komanda bu gün ilk məşqinə çıxıb. Məşqdə son zamanlar adı "Samsunspor"la hallanan millimizin üzvü Ramil Şeydayev də iştirak edib. Baş məşqçi Ərsun Yanal komandadan göndərməyi planlaşdırdığı millimizin oyunçusuna sonuncu dəfə şans verməyə qərar verib. O, komandanın qış təlim-məşq toplanışından sonra R.Şeydayevlə bağlı yekun qərarını klub rəhbərliyinə bildirəcək.