şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Məndən gələcəyim haqqında heç nə soruşmayın"

03.01.2017 21:36 Oxundu 1848

"Atletiko"nun hücumçusu Antuan Qrizmann "Mançester Yunayted"ə keçəcəyi barədə dolaşan söhbətlərə aydınlıq gətirməkdən imtina edib: "Mən "Atletiko"da çox xoşbəxtəm, bu azarkeşlər üçün oynamaqdan, belə oyunçularla və belə baş məşqçi ilə çalışmaqdan qürur duyuram. Məndən gələcəyim haqqında heç nə soruşmayın. Belə sualları xoşlamıram. Ronaldo, Messi və yaxud Beyldən gələn il hansı komandada çıxış etməyə hazırlaşdıqlarını soruşmurlar ki... Şəxsən mən "Atletiko"da xoşbəxtəm və burada çalışmaqdan zövq alıram. Gələcəyim haqqında bir daha məndən heç nə soruşmayın".