şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Gennadi Orlov: "İdman - amansızdır"

03.01.2017 22:22 Oxundu 1858

Tanınmış televiziya şərhçisi Gennadi Orlov "Zenit"in 27 yaşlı belçikalı yarımmüdaiəçisi Aksel Vitselin Çin komandasına keçməsi ilə bağlı açıqlama verib. O deyib: "Bu, onun şəxsi qərarıdır. Bir də o, ailəsinin pula ehtiyacı olduğunu gizlətmir. Aksel indi Rumıniyadadır. Onun həyat yoldaşı oradadır. Görünür, o, ailəsi ilə məsləhətləşəndən sonra belə bir addım atıb". O daha sonra bildirib: "Mən kimisə ittiham etmək istəmirəm. Mən hamını, xüsusilə futbolçuları yaxşı başa düşürəm. Nə yaxşı ki, Vitsel bu qərarı ilə futboldan sonrakı həyatını da sığortalayıb. Niyə də bu şansdan istifadə etməsin? Baxın, nə qədər futbolçu karyerasını başa vurduqdan sonra itib-batır. Onlar çətinliklərlə qarşılaşırlar. Bəli, bir zamanlar futbolçular diqqət mərkəzində olurlar. Sonra isə...onlar haqqında belə deyirlər: "Bu kimdir?" İdman - amansız şeydir. Bu gün sən hamıya lazımsan, sabah isə sənin haqqında hər şeyi unudulur".