şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Xamesə yalnız Zidanın etimadı lazımdır"

04.01.2017 08:41 Oxundu 1990

"Real"ın yarımmüdafiəçisi Xames Rodrigesin atası Uilson Rodriges oğlundan danışarkən "Kral klubu"nun sabiq baş məşqçisi Karlo Ançelottini də yada salıb: "Ançelotti zaman oğlum öz ideal mövqeyində çıxış edir və vəzifələrinin öhdəsindən məharətlə gəlirdi. İndi Xames fərqli ampluada oynayır, mən deməzdim ki, o həmin mövqedə öz funksiyalarını pis yerinə yetirir. Mən bilirəm ki, oğlum təvazökar və çalışqandır. O, məşqçinin tələblərini yerinə yetirir".

Daha sonra o bildirib: "Xames layiq olduğu komandada çıxış edir. O, "Real"da oynamağı arzulayıb. Mən onun uğurlar qazanacağına əminəm. Ona yalnız "Real"ın baş məşqçisi Zidanın etimadı və oyun praktikası lazımdır".

Qeyd edək ki, cari mövsümün 16 turunda Rodriges 8 oyunda meydana çıxıb, 1 qolun müəllifi olub və 2 qol ötürməsi ilə yadda qalıb.