04.01.2017 09:19
2333
2333
Azərbaycan Premyer Liqasında çıxış edən klublar qış təlim-məşq toplanışına start götürürlər. Elita təmsilçiləri artıq rəsmi transferlər həyata keçirə biləcəklər. Çünki ölkəmizdə qış “transfer pəncərəsi” bu gün rəsmən açılıb. Klublar məhz bu gündən etibarən anlaşdıqları oyunçularla münasibətləri rəsmiləşdirə və onların adlarını Peşəkar Futbol Liqasına təqdim edə biləcəklər. Qış transfer dönəminin son günü isə fevralın 1-nə təsadüf edəcək.