şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Sərdar Taşçı "Trabzonspor"la anlaşdı

04.01.2017 12:12 Oxundu 1821

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası "Trabzonspor" növbəti transferini reallaşdırıb. Rusiya mətbuatının məlumatına görə, "bordo-mavililər" Moskva "Spartak"ının 29 yaşlı müdafiəçisi Sərdar Taşçı ilə anlaşıb. Razılığa əsasən, Almaniya millisinin sabiq üzvü yeni komandası ilə 3,5 illik müqavilə imzalayacaq. Onun illik məvacibi isə 2,3 milyon avro təşkil edəcək.

Qeyd edək ki, 2013-cü ildən "Spartak"a məxsus olan Sərdar Taşçı ötən il icarə əsasında "Bavariya"da çıxış edib.

Cari mövsümdə Taşçı "Spartak"da 8 oyun keçirib və bir qol vurub.