şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Jiru: "Bizə ayıb olsun ki..."

04.01.2017 12:27 Oxundu 1795

"Arsenal"ın hücumçusu Olivye Jiru İngiltərə çempionatının 20-ci turunda "Bornmut"la keçirdikləri oyundan söz açıb: "Düzü, mən əmin idim ki, biz qələbə topunu da vura biləcəyik. Biz həmin oyunda xarakter göstərdik və 3 top geri olmağımıza baxmayaraq hesabı bərabərləşdirə bildik. "Arsenal" həmişə öz oyununu göstərməyə çalışır və özünə də inanır. Amma bizə ayıb olsun ki, biz 3 qol buraxdıq. Belə səhv etməyə ixtiyarımız yox idi. Fasilədən sonra biz özümüzə toparladıq və istəyimizə nail olduq. Ümid edirəm ki, bu heç-heçə "Arsenal"a dərs olacaq".

“Bornmut” - “Arsenal” 3:3

Qollar: Daniels, 16 (1:0), Vilson, 20-pen (2:0), Fraser, 58 (3:0), Sançes, 70 (3:1), Perez, 75 (3:2), Jiru, 90+2 (3:3)