1505
"Dekabr ayında "Neftçi"dən təklif almışdım. Hətta müqavilə bağlamağa çox yaxın idim. Ancaq sonra internetdə baxdım ki, komanda turnir cədvəlinin son pillələrində qərarlaşır. Cəlbedici təklifə baxmayaraq, sonra bu keçiddən imtina etdim. "Neftçi" böyük ənənəsi olan klubdu. Ancaq nədənsə hazırda yaxşı günlərini yaşamır. Niyə Azərbaycanın autsayder komandasına keçməliyəm? Əgər Azərbaycanda "Qarabağ"dan təklif alsam, o komandaya keçərəm". Bu sözləri "Tom"dan yenicə ayrılan və hazırda azad agent statusu daşıyan 27 yaşlı yarımmüdafiəçi Lukas Droppa Çexiya mətbuatına verdiyi müsahibəsində deyib. O daha sonra deyib: "Tezliklə transfer məsələsinə son qoymaq istəyirəm. Çexiyada da qala bilərəm. Çünki "Viktoriya", "Slovan" və "Sparta"nın mənimlə maraqlandığını eşitmişəm. Bundan başqa, APEOL-dən də təklif var. Kipr mənim və ailəm üçün ideal seçim olar".