şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ" "Şkenderbeu" ilə qarşılaşacaq

04.01.2017 17:23 Oxundu 1897

"Qarabağ" sabahdan etibarən Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışına start verəcək. Komanda təlim-məşq toplanışında ilk yoxlama oyununu yanvarın 15-də keçirəcək. "Qarabağ"ımızın ilk yoxlama oyununda Türkmənistanın "Aşqabad" klubu ilə qarşılaşacağı planlaşdırılsa da, Türkmənistan klubunun Antalyaya gələcəyi sual altına düşüb. Bu səbəbdən komanda yanvarın 15-i Albaniyanın ən titullu klublarından biri olan "Şkenderbeu" ilə qarşılaşacaq.