şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Obameyanq Karlos Tevesdən çox qazana bilər

04.01.2017 17:31 Oxundu 1704

Çinin “Şanxay SİPQ” klubu Dortmund “Borussiya”sının qabonlu hücumçusu Pyerr-Emerik Obameyanq üçün “Borussiya”ya təklif göndərib. Obameyanq Çində oynamağa razı olsa, həftəyə 800 min avro qazanacaq ki, bu da ildə 41 milyon avrodan bir qədər çox edir. Çin klubu bu transfer üçün "Borussiya"ya 150 milyon avro təklif edib.
Qeyd edək ki, hələlik dünyanın ən yüksək ödənilşi futbolçusu dekabrda “Boka Xuniors”dan “Şanxay Şenxua”ya transfer olunan Karlos Tevesdir. Argentinalı hücumçu həftəyə 720 min avro qazanır.