şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Kapello: "Qvardiola "Barselona"nın prezidenti olmaq niyyətindədir"

04.01.2017 19:39 Oxundu 1761

Rusiya milli komandasının sabiq baş məşqçisi Fabio Kapello məşqçilik karyerasının sona yaxınlaşmasından söz açan Xosep Qvardiolanın gələcəyi ilə bağlı fikirlərini bölüşüb: "Zənnimcə, əgər Qvardiola karyerasının basa çatmasından danışırsa, deməli, o, "Barselona"nın prezidenti olmaq niyyətindədir".

Qeyd edək ki, Qvardiola 1991-cu ildən 2001-ci ilə kimi həmin komandada oyunçu kimi çıxış edib. O həmçinin 2008-ci ildən 2012-ci illərdə kataloniya klubunu çalışdırıb və komanda ilə birgə ölkə çempionatı (3 dəfə), Kubok (3), İspaniya Superkubokunu (2) qazanıb, Çempionlar Liqasının (2), UEFA Superkubokunun (2) eləcə də dünya klub çempionatının (2) qalibi olub. İndi ispaniyalı mütəxəssis "Mançester Siti"nin baş məşqçisidir, buna qədər isə Münhenin "Bavariya"sına rəhbərlik edib.