04.01.2017 21:34
1870
1870
"Yuventus"un müdafiəçisi Patris Evra 2006-cildən 2014-cü ilədək çalışdığı "Mançester Yunayted"də karyerasını davam etdirə bilər. Evranın "Mançester Yunayted"dəki sabiq tərəfdaşı özünün "instaqram" səhifəsində ondan bu məlumatı şərh etməyi xahiş edib: "Mən sosial şəbəkələrdə sənin evə qayıdacağınla bağlı xəbərlər oxudum, qardaşım? Cavab ver, bu, doğrudurmu?"
Evra onun bu sorğusunu birbaşa cavablandırmayıb. Belə ki, o, öz "instaqram" səhifəsinə bir meymun şəkli qoyub və altında bu sözləri yazıb: "Təkcə mənim meymunum bilir ki, bundan sonra nə olacaq! Bu oyunu çox sevirəm".
Qeyd edək ki, "Yuventus"la 35 yaşlı Evranın müqaviləsi yaya qədər nəzərdə tutulub.