şənbə, 17 yanvar 2026

ÇEMPİON TV

"Real" "Sevilya"ya 3:0 hesabı ilə qalib gəlib - Video

05.01.2017 07:04 Oxundu 3623

İspaniya kubokunun 1/8 finalının ilk oyununda "Real" doğma meydanda "Sevilya"ya 3:0 hesabı ilə qalib gəlib. Madrid klubunun futbolçusu Xames Rodriqes sözügedən qarşılaşmada dubla imza atıb.

Bununla da Madridin “Real” klubu məğlubiyyətsiz oyunlarının sayını 38-ə çatdırıb. Qeyd edək ki, “Kral” klubu sonuncu məğlubiyyətini ötən il aprelin 6-da Çempionlar Liqasının dörddəbir finalının ilk matçında səfərdə Almaniyanın “Volfsburq” klubu qarşısında alıb (0:2).