1742
"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının 20-ci turunda "Çelsi" üzərində (2:0) qələbə ilə bağlı təəssüratlarını bölüşüb: "Bu, böyük qələbədir və biz çox vacib olan 3 xalı qazana bildirk. Biz mürəkkəb bir görüşdə Avropanın ən yaxşı komandalarından birinə qalib gəldik. Məhz elə bu səbəbdən bu qələbə çox qiymətlidir. Biz bu oyunda göstərdiyimiz xarakterlə fəxr edə bilərik. Sübut etdik ki, rəqabətə davamlıyıq. Bu qələbə komanda üçün irəliyə doğru addımdır. Bu templə oynamağı davam etdirməliyik. Futbolda inam çox vacibdir. Bu gün "Tottenhem" göstərdi ki, o, daha böyük zəfərlərə qadirdir. Bizim turnir cədvəlində də mövqeyimiz yaxşıdır. Hazırda "Çelsi" liderlik edir, amma biz xal uğrunda mübarizə aparırıq və fərqi azaltmağa çalışırıq".