şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Xames: "Mən "Realda" qalıram"

05.01.2017 10:00 Oxundu 1509

Madrid "Real"ının" yarımmüdafiəçisi Xames Rodriges klubunu dəyişmək fikrində deyil. Bu barədə Kolumbiya yığmasının futbolçusu İspaniya Kubokunun 1/8 finalında "Sevilya" ilə ("Kral klubu" 3:0 hesablı qələbə qazanıb. Matçda Rodriqes dublla fərqlənib) oyundan sonra deyib: "Bu komandada bütün futbolçular meydana çıxmaq istəyir. Uğursuz dövrlər hər bir komandada olur. Amma mənim üçün yeni il indi başlayır. Mən "Realda" qalıram".