şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Konte: "Vəzifəm komandanı qələbə relsləri üzərinə qaytarmaqdan ibarətdir"

05.01.2017 10:39 Oxundu 1545

"Tottenhem" öz meydanında Premyer Liqanın 20-ci turunda "Çelsi" məğlub edib. Bununla da "Çelsi"nin ardıcıl 14-cü qələbə qazanmasına imkan verməyib. Yeri gəlmişkən, bəziləri güman edirdi ki, "Çelsi" ardıcıl 14-cü qələbəsini qazanacaq və "Arsenal"ın 2002-ci ildəki uğurunu təkrarlayacaq. Yeri gəlmişkən onu da deyək ki, indiyədək İngiltərədə 5 komanda belə bir nailiyyət əldə edib.

Bu matçdan sonra Çelsinin baş məşqçisi Antonio Konte deyib: "İki güclü rəqib arasında yaxşı, balanslaşdırılmış oyunun şahidi olduq. Hər iki komanda sürətli futbol nümayiş etdirdi, qol vəziyyətləri yaratdı, ancaq "Tottenhem" bizim səhvlərimizdən istifadə etməklə şanslarını boşa vermədi. Biz ikinci hissəyə daha fəal başladıq, qol vurmaq imkanımız da oldu. Lakin qapımızda birinci qolu xatırladan ikinci qolu gördük. Mən özüm də futbol oynamışam və bilirəm ki, bu, istənilən oyunda ola bilər. Biz bundan üzülməməli və işimizi davam etdirməliyik. Bir də bizim komandanın heyəti cəmi beş ay əvvəl formalaşmağa başlayıb. Görünür, daha da çox çalışmalıyıq".

O daha sonra bildirib: "İndi mənim vəzifəm komandanı qələbə relsləri üzərinə qaytarmaqdan ibarətdir. Yenə deyirəm, biz cəmi beş aydır ki birlikdə işləyirik. Elə həmin heyətin sayəsində də turnir cədvəlinə başçılıq edirik".