05.01.2017 11:47
1801
1801

Donetskin "Olimpik" komandası 5 oyunçu ilə (Kirill Petrov, Vladimir Lısenko, İlya Kornev, Yeqor Demçenko, Maksim Draçenko) yollarını ayırıb. Məlumata görə, 26 yaşlı müdafiəçi Kirill Petrov bu gün "Neftçi"nin düşərgəsinə qatılacağı və tərəflər arasında ilyarımlıq müqavilənin imzalanması gözlənilir.
Ukraynanın U-19 və U-21 yığmalarında çıxış etmiş Kirill Petrov yerli "Dinamo", "Krivbass", "Hoverla", "Arsenal", "Olimpik"lə yanaşı, Polşanın "Korona" və Qazaxıstanın "Ordabası" klublarının formasını da geyinib.
Qeyd edək ki, qış fasiləsində "Neftçi" artıq 4 (Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext və İqnasio Errera) oyunçunu heyətinə cəlb edib.