05.01.2017 15:16
1626
1626
Ağabala Ramazanov "İnter"dən ayrılıb. O, "Qarabağ"ın heyətində çıxış edəcək. Xəbəri "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl futbolinfo.az-a açıqlamasında təsdiqləyib. Hələ "Xəzər Lənkəran"da oynadığı vaxtdan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun maraq dairəsində olan futbolçu cari mövsümün əvvəlindən "İnter"in şərəfini qoruyurdu. "Neftçi" neçə vaxtdı onun transferinə çalışsa da, futbolçu son anda ağdamlıları seçdi.