05.01.2017 15:43
1687
1687
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Münhenin “Bavariya” klubunun transfer marağına düşüb. 24 yaşlı futbolçu ilə baş məşqçi Karlo Ançelotti yaxından maraqlanır.
Mənbənin məlumatına görə, söhbət Verrattinin hazırkı qış transfer pəncərəsində deyil, mövsümün son keçidindən gedir. Sövdələşmə müsbət nəticə verəcəyi halda, Verratti mövsümün sonunda Münhenə köçməli olacaq.
Paris klubunun heyətində 14 matçda iki qol vuran italiyalı yarımmüdafiəçi bir məhsuldar ötürməsi ilə də yadda qalıb.PSJ futbol klubunun yarımmüdafiəçisi Marko Verratti 2015-ci il üçün İtaliya millisinin ən yaxşı oyunçusu seçilib.