şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Con Terri: "Biz məyusuq..."

05.01.2017 16:05 Oxundu 1732

Dünən "Çelsi"nin uduzması onun azarkeşlərini özündən çıxarıb. "Çelsi"nin müdafiəçisi Con Terri komandasının azarkeşlərini sakitləşdirməyə çalışıb. O, tvitter səhifəsində yazıb: "Əlbəttə, komanda çox məyusdur. Lakin qələbəni qələbə ardınca sıraladığımızı, o günlərdə bir yerdə olduğumuzu unutmayaq. "Çelsi" yenə liderdir. Biz birinci pillədəyik və mövsümün sonunda da çempion olacağıq. Ruhdan düşməmək və irəli getmək lazımdır".

Bir daha xatırladaq ki, dünən ardıcıl 13 qələbə qazanan "Çelsi" 4 matçdır xal itirməyən "Tottenhem"in qonağı olub. Görüş "zadəganlar"ın seriyasının sona çatması ilə yekunlaşıb. Delle Alli "Tottenhem"ə (45 və 54-cü dəqiqələrdə) qələbə qazandırıb. Hazırda "Tottenhem" 42 xalla turnir cədvəlinin 3-cü pilləsindədir.