şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

"Neftçi” Kirilo Petrovla müqavilə bağladı

05.01.2017 22:10 Oxundu 1841

Antalya hazırlığını davam etdirən "Neftçi” PFK daha bir futbolçu ilə güclənib. Komandamız ukraynalı müdafiəçi Kirilo Petrovla ilyarım müddətinə müqavilə bağlayıb. Kiyev "Dinamo”sunun yetirməsi olan müdafiəçi sonradan "Krivbas” və "Arsenal” klublarının formasını geyinib. Polşada ("Korona” klubunda) legioner həyatı yaşamış Kirilo Petrov, Qazaxıstanın "Ordabaşı” klubunda da çıxış edib. Futbolçu buna qədər "Olimpik” (Ukrayna) klubunun şərəfini qoruyub. Ukrayna U-19 və U-21 yığma komandalarının heyətində oynamış Kirilo Petrov "Neftçi”də 28 nömrəli formanı geyinəcək.