şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

UEFA azarkeşlərin formalaşdırdığı simvolik komandanı təqdim edib

05.01.2017 22:15 Oxundu 1668

UEFA azarkeşlərin seçimi əsasında formalaşmış ötən ilin simvolik komandasını təqdim edib. Bu barədə qurum öz saytı vasitəsilə xəbər yayıb. 2016-cı ilin rəmzi komandasında ən çox oyunçu ilə “Real” təmsil olunub. “Kral klubu”nun heyətindən 4 futbolçu azarkeşlərin etimadını qazanıb.

Maraqlıdı ki, Kriştiano Ronaldo karyerası ərzində 11-ci dəfə simvolik yığmaya düşə bilib. Portuqaliyalının əzəli rəqibi Lionel Messidə isə bu göstərici 8-ə bərabərdi.

Azarkeşlərin seçimi əsasında formalaşmış komandanı təqdim edirik.

Qapıçı: Canluici Buffon (“Yuventus”, İtaliya)

Müdafiəçilər: Serxio Ramos (“Real”, İspaniya), Cerard Pike (“Barselona”, İspaniya), Jerom Boatenq (“Bavariya”, Almaniya), Leonardo Bonuççi (“Yuventus”, İtaliya)

Yarımmüdafiəçilər: Andres İnyesta (“Barselona”, İspaniya), Toni Kroos (“Real”, İspaniya), Luka Modriç (“Real”, İspaniya)

Hücumçular: Lionel Messi (“Barselona”, Argentina), Kriştiano Ronaldo (“Real”, İspaniya), Antuan Qrizman (“Atletiko”, İspaniya)