şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Çin futbolçuların transferlərinə çəkilən xərcləri məhdudlaşdıracaq

05.01.2017 22:37 Oxundu 1747

Çinin Bədən tərbiyəsi və idman işləri üzrə baş dövlət idarəsi klubların xarici futbolçuların transferlərinə çəkilən böyük xərcləri məhdudlaşdırmağa hazırlaşır. Məlumata görə, baş dövlət idarəsi əcnəbi futbolçuların bahalı transferlərini tənzimləyəck və məhdudlaşdıracaq: “Bura oyunçuların yüksək gəlirləri də daxildir. Bunlar ağlabatan hədlərdə olmalıdır”. Qeyd edək ki, Çinin Super Liqa klubları son vaxtlar bir çox tanınmış futbolçular alıb. Bu qış dövründə argentinalı hücumçu Karlos Tevez “Şanxay Şenxua” klubuna keçməklə dünyanın ən çox qazanan futbolçusu oldu. Onun illik maaşı 38 milyon avro təşkil edir.