şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Legionerlər almanca danışmalıdırlar

06.01.2017 08:46 Oxundu 1781

Münhenin “Bavariya” futbol klubunun prezidenti Uli Xöness bütün legioner futbolçulara yeni tələb irəli sürüb. Klub rəhbəri alman dilini bilməyən əcnəbi futbolçuların cərimələndirilməsini istəyib. Onun fikrincə, komandanın geyinmə otağında futbolçuların danışıq dili almanca olmalıdır.

“Futbolçular “Bavariya”nın geyinmə otağında yenidən almanca danışmalıdır. Dil həmrəyliyin sübutudur. Əks təqdirdə kollektiv daxilində qruplaşmalar formalaşmağa başlayır. Əcnəbi futbolçular alman dilini öyrənməkdən imtina edərsə, onlara cərimə kəsiləcək. Legionerlər gündə iki saat almanca öyrənsə, bu çox gözəl olardı”, - deyə futbol funksioneri əlavə edib.