şənbə, 16 fevral 2019

FOTO XƏBƏR

Afrikanın birincisi oldu

06.01.2017 09:06 Oxundu 2615

Afrikada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib. Afrika Futbol Konfederasiyasının yaydığı xəbərə görə, ekspertlərin və Afrika milli komandalarının baş məşqçilərinin arasında keçirilən səsverməyə əsasən, Əlcəzair millisinin və "Lester"in futbolçusu Riyad Mahrez ötən ilin ən yaxşısı seçilib. O, 361 bal toplayıb. Pyer-Emerik Obameyanq (Qabon, "Borussiya") 313 balla ikinci, Sado Manya (Seneqal, "Liverpul" 186 balla üçüncü olub.

Qeyd edək ki, R.Mahrez ötən mövsüm "Lester"lə İngiltərə Premyer Liqasının qalibi olub.