şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"İndiki "Real" məğlubedilməzdir"

06.01.2017 11:28 Oxundu 1973

İspaniya çempionatının 17-ci turunda "Qranada" komandası "Real"la qarşılaşacaq. Qranada komandasının hücumçusu Alberto Bueno bu oyunla bağlı gözləntilərini bölüşüb: "Biz 2017-ci ili uğurla başlamaq istəyirik. Amma bizi çox mürəkkəb oyun gözləyir. Buna baxmayaraq, "Santyaqo Bernabeu" stadionuna böyük ümidlərlə çıxacağıq. Bu arenada xal qazanmaq çətindir. Lakin biz meydana qələbə üçün çıxacağıq. Onu da deyim ki, indiki "Real", demək olar ki, məğlubedilməzdir. Bu komanda indi həqiqətən də çox güclüdür".

Qeyd edək ki, yanvarın 7-də "Qranada" "Real"la səfərdə qarşılaşacaq.