şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Aksel Vitselin ailəsinə kömək edək"

06.01.2017 12:02 Oxundu 2054

Bu yaxınlarda "Zenit"dən Çinin "Tyanszin Syuanszyan" klubuna keçən 27 yaşlı belçikalı yarımmüdafiəçi Aksel Vitsellə bağlı Feysbukda qrup yaradılıb. Qrup belə adlanır: "Aksel Vitselin ailəsinə kömək edək". Hazırda qrupun 9 min üzvü var.

Xatırladaq ki, Aksel Vitsel Çin klubuna keçməsini belə əsaslandırmışdı: "Bir tərəfdən "Yuventus" kimi bir klubdan təklif var idi. O biri tərəfdən də, hansı ki mən ondan üz döndərə bilmədim, mənim ailəmin ehiyacları. "Yuventus"dan üzr istəyirəm. Amma belə təklifdən imtina etməzlər".

Onun yeni klubundakı illik məvacibi 25 milyon avro olacaq.