2035
21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsinin püşkatmasının tarixi və səbətləri bəlli olub. Püşkatma mərasimi yanvarın 26-da baş tutacaq. Tədbirdə Avropanın 54 komandası iştirak edəcək. Onlar final mərhələsi İtaliyada təşkil olunacaq yarışa vəsiqələr uğrunda mübarizə aparacaq. Püşk bu 54 komandanı hərəsində 6 komanda olmaq şərtilə 9 qrupa böləcək. İştirakçılar püşk zamanı səbətlərdə yer alacaq. İndidən bu yığmaların qərarlaşacağı səbətlər məlumdu.
1-ci səbət
Almaniya, Portuqaliya, İspaniya, İngiltərə, Danimarka, Fransa, İsveç, Çexiya, Serbiya
2-ci səbət
Slovakiya, İsrail, Hollandiya, Avstriya, Xorvatiya, Belçika, Polşa, İsveçrə, Sloveniya
3-cü səbət
Ukrayna, Norveç, Rusiya, Türkiyə, Rumıniya, İslandiya, Yunanıstan, Monteneqro, Finlandiya
4-cü səbət
Uels, Bolqarıstan, Makedoniya, Gürcüstan, Macarıstan, İrlandiya, Şotlandiya, Moldova, Albaniya
5-ci səbət
Litva, Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Belarus, Qazaxıstan, Kipr, Latviya, Estoniya
6-cı səbət
Malta, Lüksemburq, Şimali İrlandiya, Farer adaları, San-Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq, Kosovo