06.01.2017 14:16
2066
2066
İspaniya kubokunun 1/8 finalında “Sevilya”ya 3:0 hesabı ilə qalib gələn “Real” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. “Kral klubu” 2016/17 mövsümündə bütün yarışlardakı oyunlar da daxil olmaqla uğurlu seriyanı 38-ə çatdırıb (29 qələbə, 9 heç-heçə). Bununla da onlar “Barselona”nın 2015/16 mövsümündə İspaniya futbolu tarixində müəyyənləşdirdiyi rekorda (39 oyun) yaxınlaşıblar. “Real” son olaraq 2016-cı ilin aprelin 6-da Çempionlar Liqasında “Volfsburq”a uduzub (0:2). Zinəddin Zidanın komandası növbəti matçını öz meydanıda yanvarın 7-də La Liqada “Qranada”ya qarşı keçirəcək.