06.01.2017 14:32
1992
1992
"Qarabağ" 2016/17-ci illər mövsümünün qış transfer pəncərəsində növbəti transferini gerçəkləşdirib. Klubumuz "İnter"dən ayrılan, milli komandamızın üzvü Ağabala Ramazanovu heyətinə qatıb. Futbolçuyla 1.5 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, 24 yaşlı hücumçu daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İnter" klublarının formasını geyinib. 2014-cü ildən milli komandaya dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb.
Ağabala Ramazanov bu gün "Qarabağ"ın Antalyada baş tutan qış təlim-məşq toplanışına qoşulub.