şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Qurban Qurbanov Ağabala Ramazanov haqqında nələr dedi

06.01.2017 14:38 Oxundu 2085

"Qarabağ" milli komandamızın hücumçusu Ağabala Ramazanovu transfer edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov bu keçidlə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib: "Gənc və istedadlı futbolçudur, məğlub olmağı sevmir. Onun oyun üslubu komandamızın hücumlarına əlavə sürət və güc qatacaq. Əminəm ki, Ağabala Ramazanov bizdə oynadığı müddətdə öz ustalığını artırmaq üçün şans qazanacaq. Ağabala hər zaman xarakter və əzmkarlığı ilə seçilən futbolçulardandır. Ümumilikdə komandamızın oyun üslubuna uyğun gələn futbolçudur".