şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

"Neftçi”nin "Tibbi-Bərpa Mərkəzi” məlumat yayıb

06.01.2017 14:53 Oxundu 2048

"Neftçi” PFK-nın "Tibbi-Bərpa Mərkəzi”nin zədəli futbolçularla bağlı məlumat yayıb. Məlumatda deyilir: "Müdafiəçi Rahil Məmmədov bu gün Türkiyənin İstanbul şəhərinin "Acıbadəm” xəstəxanasında bir çiynindən əməliyyat olunacaq. Bir aydan sonra isə futbolçunun digər çiynində cərrahiyyə əməliyyatı həyata keçiriləcək. Rahil Məmmədovun əməliyyatdan sonrakı bərpa olunma müddəti 4-6 aydır.Eyni xəstəxanada olan yarımmüdafiəçimiz Kamran Nəcəfzadənin isə müayinədən sonra əməliyyat olunması planlaşdırılır".