06.01.2017 15:20
2018
2018
"Mançester Siti"nin" baş məşqçisi Xosep Qvardiola məşqçilik karyerasının sona yaxınlaşması ilə bağlı dediyi fikrinin yanlış anlaşıldığını bildirib. Odur ki, o həmin fikrinə yenidən aydınlıq gətirib. O deyib: "Mən demişəm ki, 60 yaşımadək məşqçilik etməyəcəyəm. Amma hələ mənim 45 yaşım var. Mən iki-üç ildən sonra məşqçilik karyeramı bitirmək fikrində deyiləm. Mən işimi sevirəm, ideal yerdə çalışıram.
60 yaşda məşqçilik etmək fikrində deyiləm, çünki hələ həyatımda nəsə etmək istəyirəm. Bütün karyeram futbol meydanında keçib. Mən başqa sahədə də özümü sınamaq istəyirəm. Amma 3-4, yaxud da 7 ildən sonra yox. Ola bilsin ki, mən fikrimi düzgün ifadə etməmişəm".