şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Yuventus" Zidanı niyə satmışdı?

06.01.2017 17:04 Oxundu 2015

"Yuventus"un" sabiq icraçı direktoru Luçano Modji 2001-ci ildə yarımmüdafiəçi və komandanın lideri Zidanın "Real"a satışı ilə bağlı açıqlama verib. Qeyd edək ki, onda "Kral klubu"nun prezidenti Florentino Peres bu transferə görə "Yuventus"a 77,5 milyon avro ödəmişdi. Luçano Modji deyib: "Zidanın transferi ilə bağlı danışıqlar prosesi, həqiqətən də, uzun və gərgin keçdi. Belə bir futbolçunu itirmək bizim üçün ağır idi. Amma "Yuventus" bu addımı atmağa məcbur oldu. Çünki yeni bir komanda formalaşdırmaq istəyirdik. Zidanın satışından əldə olunan pula biz Nedved, Turam, Kannavaro, İndzaqi, Buffonu aldıq və çoxlu titullar qazandıq".

Məlumat üçün bildirək ki, Zinəddin Zidan 1996-2001-ci illərdə "Yuventus"un heyətində top qovub. Bu müddətdə o, 2 çempionluq və 2 vitse-çempionluq qazanmaqla yanaşı 2 dəfə UEFA Çempionlar Liqasının finalçısı olub. Zidanın hesabında Qitələrarası kubok və Superkubok da var.Yuventusun heyətində 151 oyun keçirib və 24 qol vurub.